Day, Month 00, Year
00: 00: 00 AM

Dolların bahalaşacağına dair gözləntilər artır

ABŞ Mərkəzi Bankı (FED) gözlənildiyindən daha çox “şahin” mesajlar verdikdən sonra, valyuta bazarları bu il FED-in faizini 5 dəfə artırılacağını gözləyir. 
Sahibkartv.az xəbər verir ki, eyni zamanda dolların daha da bahalaşacağına dair gözləntilər də artır.

FED-in “şahin” mövqeyi (pul siyasətinin sərtləşdirilməsi tərəfdarı olması) ABŞ dollarının bahalaşmasını dəstəkləyir.
Opsion bazarlarındakı mövqelər investorların dolların bahalaşmağa davam edəcəyini gözlədiyini göstərir.
Qurumlar dolların bahalaşacağını gözləyirlər
“Standard Bank”ın Valyuta Strategiyasının Direktoru Steven Barrow, "Biz uzun müddətdir ki, FED-dən siyasət sürprizi görmədik" deyib. Onun sözlərinə görə, “bu, valyutalar üçün böyük risk olsa da, dolları dəstəkləyən bir vəziyyətdir”.
Tarixən FED daha proqnozlaşdırıla bilən sərtləşdirmə dövrünə girdiyi zaman dolların möhkəmlənməsi zamanla azalıb, lakin bəzi strateqlərin fikrincə, bu dəfə vəziyyət fərqli ola bilər.
Strateqlər deyirlər ki, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel faizin daha sürətli artırılmasına yol açan mesajları ilə bazarı təəccübləndirməyə davam edir. “TD Securities”in strateqləri, o cümlədən Jim O'Sullivan, FED-in pul siyasətini aqressiv sərtləşdirmək ehtiyacı mövzusunda ehtiyatlı olmadığını qeyd edərək, "Bu, bu il dolların əlavə bahalaşacağı barədə gözləntimizi dəstəkləyir" deyib.
“BNY Mellon FX”in strateqi Con Velis də ABŞ dollarının ən azı Fed-in faizi bu il ilk dəfə artırmasına qədər bahalaşmaqda davam edəcəyini proqnozlaşdırıb.


Tarix: 28-01-2022, 10:59 Oxunub: 163


Bölməyə aid digər xəbərlər