20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
“Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda "AccessBank" hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir".
Sahibkartv.az xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın maliyyə nəticələrini şərh edərkən bildirib.
Bankın sədri qeyd edib ki, depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəriciləri stabil müsbət tendensiya nümayiş etdirir:“Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək”.
BİZNES KREDİTLƏRİ PORTFELİNİ 100 MİLYON MANATA YAXIN ARTIRIB
“AccessBank” tərəfindən 2021-ci ildə müştərilərə verilmiş cəmi kreditlər 2020-ci illə müqayisədə 129 milyon 894 min manata artaraq 632 milyon 476 min manata,o cümlədən biznes kreditləri portfeli 96 milyon 984 min manat artaraq 539 milyon 369 min manata, istehlak kreditləri portfeli 33 milyon 370 min manat artaraq 86 milyon 221 min manata yüksəlib, daşınmaz əmlak kreditləri (ipoteka) portfeli isə 460 min manat azalaraq 6 milyon 886 min manata düşüb.
Xəbər verdiyimiz kimi, “AccessBank” 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 111 milyon 962 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 7,9% (və ya 8 milyon 192 min manat) çoxdur. “AccessBank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 8,9% və ya 76 milyon 296 min manat artaraq 932 milyon 150 min manata yüksəlib.
Bölməyə aid digər xəbərlər