Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan bankı nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit cəlb etdi

Baxış: 213
TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, cəlb olunan vəsaitlər TuranBank-a istər üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış müqavilə sayca dördüncü sazişidir. Belə ki, Bankımız əvvəlki illərdə də bu maliyyə qurumundan Kiçik və Orta Sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb etmişdi.
ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan və Qırğızıstandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.