22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
"Rusiya Federasiyası SWIFT beynəlxalq bank sistemindən ayrılsa, Avropa ölkələri Rusiyadan neft, qaz və metal ala bilməyəcək".
Sahibkartv.az xəbər verir ki, bunu TASS-a Federasiya Şurasının vitse-spikeri Nikolay Juravlev bildirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirmişdi ki, ölkə hökuməti ABŞ-la, Rusiya qoşunlarının Ukraynaya ehtimal edilən müdaxiləsi halında Rusiyanın SWIFT-dən çıxarılması imkanını müzakirə edir.
“SWIFT ödəniş sistemidir, bir xidmətdir. Buna görə də, əgər Rusiya SWIFT-dən ayrılsa, o zaman biz xarici valyuta almayacağıq, lakin alıcılar, ilk növbədə, Avropa ölkələri bizim mallarımızı - neft, qaz, metal və onların idxalının digər mühüm komponentlərini almayacaqlar. Onlara ehtiyac varmı? Əmin deyiləm”, - Juravlev bildirib.
Senatorun sözlərinə görə, SWIFT maliyyə vəsaitlərini göndərməyin rahat, sürətli yoludur, lakin yeganə yolu deyil. O, həmçinin əlavə edib ki, yalnız ABŞ və Böyük Britaniyanın qərarı Rusiya Federasiyasının SWIFT-dən potensial olaraq ayrılması üçün kifayət deyil, bu sistemdə iştirak edən bütün ölkələr üçün vahid qərar lazımdır.
“SWIFT Avropa şirkətidir, bir çox üzv ölkələrin birliyidir. Rusiyanın sistemdən çıxarılmaı haqqında qərar qəbul etmək üçün bütün iştirakçı ölkələrin vahid qərarı lazımdır. ABŞ və Böyük Britaniyanın qərarı açıq şəkildə kifayət deyil. Mən əmin deyiləm ki, digər ölkələr, xüsusən də balansda Rusiya ilə ticarətdə böyük paya malik olan ölkələr bunu dəstəkləyəcək”, - Juravlev vurğulayıb.
Bölməyə aid digər xəbərlər