Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə başa vurub

Baxış: 341
Azərbaycandakı kredit ittifaqları 2021-ci ili 0,1 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit ittifaqları 2020-ci ildən 0,1 milyon manat xalis zərərlə çıxmışdı.
Azərbaycan Mərkəzi Bankının statisstikasına görə, ötən il kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (əvvəlki illə müqayisədə eyni), xərcləri 1 milyon manat (təxminən 10% az), xüsusi ehtiyatlara ayırmaları 1,1 milyon manat (təxminən 15% az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 14,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,9% azdır. Bunun 12,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə sektorun kredit portfeli 8,3% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 13,8% azalaraq 5 milyon manata, balans kapitalı isə 1,1% azalaraq 9,3 milyon manata düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.