Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda inflyasiya yavaşlayacaq - S&P

Baxış: 251
"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5% təşkil edəcək
Agentliyin yaydığı məlumata görə, 2023-cü ildə ortaillik inflyasiyanın 4,5% təşkil edəcəyi, 2024-2025-ci illərdə isə 3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bankın proqnozuna görə, 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.