14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
"S&P" beynəlxalq reytinq agentliyi: Neftin qiyməti kəskin enərsə və uzun müddət aşağı qalarsa Azərbaycan devalvasiyanı nəzərdən keçirilə bilər.
"Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq."
Sahibkartv.az xəbər verir ki, bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Güman edirik ki, Azərbaycan hakimiyyətin xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənən manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsini 1,7 manatda saxlayacaq. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, səlahiyyətlilər məzənnənin tənzimlənməsini (devalvasiya) nəzərdən keçirə bilər. Bu, 2015-ci ildə Mərkəzi Bankın yaşadığına bənzər xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirib.
S&P Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib
"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi yaxın gələcəkdə Azərbaycanla Türkiyə arasında imzalanacaq valyuta svopu müqaviləsinə münasibət bildirib.
S&P Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında TMB-nin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün svop müqaviləsi üzrə müzakirələrin getdiyindən xəbərdar olduğunu bildirib.
"Biz mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik," - S&P bildirib.
Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm).
Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.
Bölməyə aid digər xəbərlər