Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət büdcəsinin kəsiri 2,1 milyard manat az olub

Baxış: 228
2021-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat proqnozlaşdırılsa da faktiki kəsir 1 milyard 17 milyon manat təşkil etməklə proqnoza qarşı 2 milyard 99,0 milyon manat və ya 67,4 faiz az olub.
Sahibkartv.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Büdcə kəsirinin ümum daxili məhsula nisbəti 1,1 faiz (proqnoza nisbətən 2,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 milyon manat) daxil olan vəsait hesabına həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.