Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan vergi və gömrüyün hesabına valyuta ehtiyatlarına qənaət edib

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat məbləğində transfert daxil olub.
Sahibkartv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 milyon manat və ya 7 faiz az istifadə olunmasına imkan verib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) 2022-ci il dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert olunması nəzərdə tutulur ki, bu da hazırda 1,70 manat olan Dollar/Manat məzənnəsilə valyuta hərraclarında 7 milyard 476 milyon dollar satılacağı deməkdir.


Tarix: 21-01-2022, 13:00 Oxunub: 334


Bölməyə aid digər xəbərlər