11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
2021-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 383 milyon 108 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 26,1% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 460 milyon 789 min manat təşkil edib. Bu isə illik müqayisədə 8,45% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 15,3% azalaraq 239 milyon 786 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,2% artaraq 218,94 milyon manata çatıb.
Beləliklə, 2021-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq 93,2 manat və 42,9 manat olub.
Könüllü sığorta 17%, icbari sığorta isə 14% artıb
2021-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 586 milyon 595 min manat sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilə nisbətən 16,7% çoxdur.
Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,9% artaraq 257 milyon 303 min manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 339 milyon 266 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,25% artaraq 119 milyon 461 min manata çatıb.
Beləliklə, 2021-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ildə 75,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 46,4 manata çatıb.
Bölməyə aid digər xəbərlər