Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Adambaşına ümumi daxili məhsul 590 dollar artıb

Baxış: 235

Azərbaycanda tətbiq olunan iqtisad iartım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir. 
İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində yazıb ki, ötən il ölkəmizdə adambaşına ümumi daxili məhsul (ÜDM) 5 min 452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur.

Nazir paylaşdığı başqa bir məlumatda bildirib ki, 2021-ci ildə məcburi dövlət  sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mmilyard manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.