Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadiyyat naziri 11 milyard manatlıq artımdan yazdı

Baxış: 243
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur. 
Marja xəbər verir ki, bunu Tvitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

Nazir qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
Mikayıl Cabbarov dünən Tvitter səhifəsində yazmışdı ki, pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə  qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir. Sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.