10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
2021-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 871,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 80,6 faiz artıb.
Marja Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən xəbər verir ki, odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.
2021-ci ildə Azərbaycanda 3 milyon 440 min ton sement istehsal edilib. Həmçinin ötən ilin 11 ayında ölkəmizə 3 milyon 288 min dollar dəyərində 20 min 20 ton sement və sement klinkerləri idxal edilib.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2021-ci ildə 1141,8 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,9 faiz artım müşahidə olunmuşdur. 2021-ci ildə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 26 min 707,1 ton qara metallardan sair konstruksiyalar istehsal edilmiş, metaldan sair məmulatların istehsalı isə 7,2 dəfə artmışdır.
2021-ci ildə ölkəmidə əvvəlki illə müqayisədə 42,6% çox olmaqla 318,1 min ton armatur, 54,9% çox olmaqla 47,1 min tin polad borular istehsal edilib.
Bölməyə aid digər xəbərlər