Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gecə neft daha da bahalaşıb

Baxış: 275
ICE birjasında Brent markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 89 dolları ötüb.
Dünyada neft istehlakının artması ilə qiymətlər yüksəlir.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 89 dolları da keçib.

Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 2,4% bahalaşma ilə 88,59 dollardan, ABŞ xam nefti (WTI) isə 3% bahalaşma ilə 86,78 dollardan ticarət olunub.
Bugün Brent neftinin qiyməti 89,04 dolları da görüb.
Qeyd edək ki, sonuncu dəfə Brent neftin qiyməti 2014-cü ilin oktyabrında bir barel üçün 89 dollara çatmışdı.
Ekspertlərin neftin qiymətilə bağlı artım gözləntiləri davam edir. Omikronun yoluxma sürətinə baxmayaraq, neft son 4 həftəni istehlakın güclü qalması ilə müsbətdə bağlayıb. Digər tərəfdən, dünyanın ən böyük istehsalçı ölkələrinin hasilatı artırmaqda çətinlikləri də qiymətlərin yüksəlməsinə səbəb olur.
Brent nefti bu il 15%-ə yaxın bahalaşıb.
Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti "Vitol Group" hesab edir ki, 2022-ci ildə artıq 15 faiz artmış neft qiymətləri kifayət qədər təchizat (təklif) olmadığı üçün daha da yüksələ bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.