Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nikolay Kulbaka: “Qapalı sərhədlər heç vaxt iqtisadi artıma səbəb olmayıb”

Baxış: 198
“Azərbaycan üçün əsas dünyada vəziyyətin sakit olmasıdır. Sizin ölkəniz inkişaf edən ölkədir, başqaları kimi dünya kataklizmlərinə ehtiyacınız yoxdur. Vacibdir ki, üç əsas dünya iqtisadi mərkəzi - Çin, ABŞ və Avropa problem yaşamasın, onda Azərbaycanda da problem olmayacaq.
Bu barədə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Sahibkartv.Az-a danışıb.
O qeyd edib ki, kommunikasiyaların açılması iqtisadiyyatın rahat nəfəs almasına gətirib çıxaracaq:
“Ümid edirəm ki, bu baş verəcək, bu sizin regionunuz üçün çox vacibdir. Qapalı sərhədlər heç vaxt iqtisadi artıma səbəb olmayıb”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.