Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azəriqaz”ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb - RƏSMİ

Baxış: 290
Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.
O qeyd edib ki, “E-manat” terminallarında problem 16 yanvar səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:
“Dünən günün sonunda mütəxəssislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək ki, yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub. Bildirişli ödənişlərdə heç bir problem olmayıb”, - deyə mütəxəssis bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.