Day, Month 00, Year
00: 00: 00 AM
Moskva Ankara və İrəvan arasında dialoqun uğurlu olacağına ümid edir - bu gün ilk görüş keçirilir

Moskva Ankara və İrəvana birbaşa dialoq qurmağa yardımçı olur, bunun uğurlu olacağına ümid edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Türkiyə və Ermənistan həqiqətən də nizamlanma məsələləri üzrə öz xüsusi nümayəndələrini təyin ediblər. Rusiya belə bir razılaşmanın əldə olunmasına kömək etdi və biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir, ümid edirəm ki, uğurlu olacaq”, - deyə rusiyalı nazir bildirib.


Tarix: 14-01-2022, 14:47 Oxunub: 93


Bölməyə aid digər xəbərlər