
Sahibkartv.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.
Bildirilib ki, verilən güzəştli kreditlərdən 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.
Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7 607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib. 2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.





































