Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstana dəyən zərərin ilkin məbləği açıqlanıb

Baxış: 336
Qazaxıstanda iğtişaşlar nəticəsində ölkəyə ən azı 44 milyard tenqe (təxminən 100 milyon dollar) zərər dəyib.
Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə respublikanın Milli Sahibkarlar Palatasının bəyanatında deyilir
Məlumata görə, zərərin böyük hissəsi – 43,5 milyard tenqe Almatı şəhərinin payına düşür. Şəhərdə əsasən ticarət, ictimai iaşə, nəqliyyat subyektləri, həmçinin xidmət sahələri və maliyyə sektoru zərər çəkib. Bununla yanaşı, bəzi obyektlər barədə məlumat əldə etmək mümkün olmadığı üçün bir çox sahibkarlara dəyən zərər hesablanmayıb.
Eyni zamanda, Qazaxıstanın qərbində kəskin yanacaq qıtlığının yarandığı bildirilir. Yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Bəzi yerlərdə benzin talonla buraxılır.
Qazaxıstan Prezidenti: "Yüzlərlə ölən və yaralanan var"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib.
“Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm”, - o vurğulayıb.
Qazaxıstan Prezidenti hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbçinin yaralandığını və öldürüldüyünü əlavə edib.
Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağına söz verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.