Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib

Baxış: 339
Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin (deportasiya) tətbiqi məhdudlaşdırılıb.
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.Onun sözlərinə görə, bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını qanuniləşdirmək məqsədilə DMX-ya müraciət etmək üçün dəvət olunurlar.
V. Hüseynov qeyd edib ki, qanuniləşmə (leqallaşma) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.