Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəşad Nəbiyev: “AZAL və “Azərbaycan Dəmir Yolları” QSC üçün bu il vacib il olacaq”

Baxış: 383


“Bu il həm “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün, həm də “Azərbaycan Dəmir Yolları” QSC üçün vacib il olacaq”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İctimai TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu şirkətlərdə transformasiya ofislərinin yaradılması planlaşdırılır.
Nazir bildirib ki, artıq yanvardan etibarən bu işlər planlaşdırılacaq: “Əhalini ən çox maraqlandıran suallardan biri “Azərbaycan Hava Yolları”nın, eyni zamanda “Azərbaycan Dəmir Yolları”nın effektiv işləmələridir. Qeyd edim ki, xarici məsləhətçi şirkətlər tərəfindən həmin qurumların növbəti beş il üçün strategiyaları və strategiyalarından irəli gələrək Tədbirlər Planı hazırlanıb. Transformasiya ofisinin əsas vəzifəsi bu strategiyaya uyğun olaraq fəaliyyətin təmin edilməsidir”.
Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın, həmçinin, “Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının sədridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.