Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik ucuz avtomobilləri satışa çıxarır: Qiymət 1800 manatdan başlayır - FOTO

Baxış: 464

25 yanvar 2022-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Sahibkatv.az-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata əsasən, müvafiq tarixdə 26 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Hərraca çıxarılacaq avtomobillərin başlanğıc qiyməti 1800 manatdan başlayır və 8500 manata qədər artır.



Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Sifarişlər hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.