Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda son 18 ildə 19,2 min km yol tikilib və təmir olunub

Baxış: 366

Azərbaycanda 2003-2021-ci illər ərzində 19,2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, hesabat dövründə 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.
Məlumata görə, 2003-2021-cı illər ərzində Bakı şəhərində 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib. Bununla yanaşı, paytaxtda 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 2010,5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Qeyd olunur ki, 1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935,5 km olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.