Day, Month 00, Year
00: 00: 00 AM
Nazir: “Kəlbəcərdə filiz yataqlarının öyrənilməsi üçün Türkiyə şirkəti ilə müqavilə bağlanıb”


“İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb”.
Sahibkartv.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən tədbir çərçivəsində “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.
Nazir qeyd edib ki, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb:
“İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir. Bu, eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək”.


Tarix: 3-12-2021, 16:07 Oxunub: 162


Bölməyə aid digər xəbərlər