Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

Baxış: 339

Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib.
Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində Kapital Bankın bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır.
Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi beş potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.