
Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə 5 layihəyə baxılır.
Sahibkartv.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu layihələr üzrə 1100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.





































