Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Prezidenti inflyasiya ilə mübarizəyə dair çıxış edəcək

Baxış: 313

ABŞ Prezidenti Joe Biden Çərşənbə axşamı günü iqtisadiyyat və inflyasiya ilə mübarizəyə dair çıxış edəcək 
ABŞ Prezidenti Co Bayden (Joe Biden), bazarların növbəti Fed sədrinin kim olacağını və ölkədə enerji qiymətlərini aşağı salmaq üçün ola biləcək addımları gözlədikləri bir dövrdə, Çərşənbə axşamı günü iqtisadiyyat və inflyasiya ilə mübarizəyə dair bir çıxış edəcək.
Sahibkartv.az xəbər verir ki, Bayden, Fed sədri vəzifəsi üçün, mövcud Sədr Jerome Powell ilə, iqlim dəyişikliyi və bankların tənzimlənməsi mövzusunda daha liberal fikirlərə sahib olduğu düşünülən Fed sədri Lael Brainard arasında bir seçim edəcək. Ağ Ev, Baydenin 25 Noyabrdakı Şükran Günü tətilindən əvvəl bu barədə qərarını açıqlayacağını qeyd edib.
Ağ Evdən Bazar günü verilən məlumatda, "Prezident Çərşənbə axşamı günü iqtisadiyyat və Amerikan xalqı üçün qiymətləri aşağı salmağa dair bir çıxış edəcək və daha sonra özü və Birinci axanım Jill Biden Şükran Günü tətilini keçirmək üçün Nantuket, Massaçusettsə hərəkət edəcəklər" deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.