Day, Month 00, Year
00: 00: 00 AM
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;


Dövlət istiqrazının növüFaizli, uzunmüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0110004923
Emissiya həcmi10 000 000 manat
Nominal dəyəri100 manat
İstiqrazların tədavül müddəti2548gün
Faiz ödənişləri (olduqda)24 may2022-ci il,22noyabr 2022-ci il23 may2023-cü il, 21noyabr 2023-cü il 21 may2024- cü il,19noyabr 2024-cü il
20 may2025-ci il,18noyabr 2025-ci il
19 may2026-cı il,17noyabr 2026-cı il
18 may2027-ci il,16noyabr 2027-ci il
16 may2028-ci il,14noyabr 2028-ci il
Faiz gəliri7.0 %
Ödəmə tarixi14.11.2028
Anderrayter“PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Tarix: 18-11-2021, 15:31 Oxunub: 141


Bölməyə aid digər xəbərlər