Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Baxış: 330

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.
Nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.
Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.