Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türk lirəsi 15 qəpiyə enib

Baxış: 376

Noyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib ki, bu da yeni tarixi minimum sayılır.
Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 13,9% azalıb. Hazırda 1 manat 6,39 lirəyə bərabərdir.
Ötən gecə lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub. Bu gün Bakı vaxtı ilə saat 08:08-də isə lirə dollara qarşı bir qədər möhkəmlənib və 10,85 lirə təşkil edib. Hazırda lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir.
Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.