Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: “Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyur”

Baxış: 272

“Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə qədəm qoyur”.
Sahibkartv.az xəbər verir ki, bunu Milli Məclisin iclasında 2022-ci ilin dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Mikayıl Cabbarov qarşıda duran vəzifələrdən danışarkən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini xatırladıb.
Nazir qeyd edib ki, qarşıda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi vəzifələr durur.
Onun sözlərinə görə, ölkənin 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması çərçivəsində növbəti qısamüddətli dövr üçün dövlət büdcəsi zərfinin formalaşdırılması nəzərdə tutulur. 
“Bununla bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.