19:11 / 22-02-2025
18:52 / 22-02-2025
18:23 / 22-02-2025
18:00 / 22-02-2025
17:44 / 22-02-2025
17:22 / 22-02-2025
16:39 / 22-02-2025
16:16 / 22-02-2025
15:41 / 22-02-2025
15:18 / 22-02-2025
14:46 / 22-02-2025
14:21 / 22-02-2025
13:50 / 22-02-2025
13:44 / 22-02-2025
13:18 / 22-02-2025
13:00 / 22-02-2025
09:13 / 22-02-2025
09:00 / 22-02-2025
22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,4 faiz artaraq 47,3 milyard manat təşkil etmişdir.
“İkin məlumatlara görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 47 milyard 259,8 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 718,8 manat təşkil etmişdir. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 394,6 milyon manatlıq vəsait qalmışdır”,- Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 723,2 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3183,2 manat, qeyri neft-qaz sektorunda 673,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,4 manat, özəl müəssisələrdə isə 820,1 manat olmuşdur.
2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-ərzaq malları üzrə 4,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,0 faiz artıb.
Bölməyə aid digər xəbərlər