Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar 1 TL-dən 2 TL-yə 12 ilə, 4 TL-dən 10 TL-yə 3 ilə çatıb

Baxış: 366

Dollar/Türk lirəsi (TL) məzənnəsi daha bir səviyyəni aşıb.
Sahibkartv.az xəbər verirki, 1 dolların dəyəri ötən həftənin cümə günü ilk dəfə 10 TL-ni keçib və bu gün Bakı vaxtı ilə saat 08:54-də 10,0494 olub.
TL-nin dəyərdən düşməsi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) inflyasiyanın artmasına baxmayaraq faiz endirimləri etməsilə sürətlənib. Eyni zamanda qlobal olaraq dolların bahalaşması TL-nin üzərində təzyiq yaradır.
Dolların 1 TL-dən 2 TL-yə yüksəlməsi 12 il davam edərkən, 4 TL-dən 10 TL-yə yüksəlməsi 3 il ərzində baş verib.
22 Fevral 2001-ci il tarixində TCMB, sabit məzənnə rejimindən dalğalı məzənnə rejiminə keçmişdir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.