Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paytaxtda ilkin mənzil bazarında ucuzlaşma müşahidə olunur

Baxış: 296

Bakı şəhərində ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə edilib.
Sahibkartv.az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, oktyabr ayında paytaxt üzrə yeni mənzillərin kvadratmetrinə görə orta qiymət 1 341 manat olub.
Bu, əvvəlki ay ilə (sentyabr) müqayisədə 2,6 faiz az, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə isə 2,2 faiz çoxdur.
Yeni mənzillərin orta qiyməti 175 659 manat olub. Bu, aylıq müqayisədə 1,4 faiz çox, illik müqayisədə isə 8,8 faiz azdır.
Bakıda yüksək dəyərli mənzillərin bir kvadratmetrinə görə qiyməti 2 355 manatı təşkil edib. Qiymətlər aylıq müqayisədə 0,6 faiz, illik müqayisədə isə 9 faizə qədər azalıb.
Orta dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti 1 468 manat olub. Bu, aylıq müqayisədə 2,9 faiz, illik müqayisədə isə 0,5 faiz azdır.
Aşağı dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti isə 984 manatı təşkil edib. Qiymətlər aylıq müqayisədə 5,1 faiz çox, illik müqayisədə isə 1,6 faiz azdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.