Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı dövlət proqramı hazırlanıb - RƏSMİ

Baxış: 228

“İşğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızın qayıtması imkanları və sayı ilə bağlı layihələr və dövlət proqramı hazırlanıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı deyib.
“Həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İkinci məsələ isə burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”, - deyə nazir vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.