
Rusiya 2023-2024-cü illərdə neft hasilatı üzrə rekordunu təkrarlıya bilər.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.
"İnanırıq ki, 2023-2024-cü illərdə hasilat təqribən 560 mln. ton təşkil edəcək. Bizim vəzifəmiz dünya bazarında resursumuzun rəqabətə davamlılığını təmin etməkdir, nəinki istehsal üzrə rəqəm göstəricisi arxasınca düşmək", - nazir qeyd edib.
Xatırladaq ki, 2019-cu ildə Rusiya 560,3 mln. ton göstərici ilə neft hasilatı üzrə rekorda imza atıb.





































