Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qırğızıstanda valyuta bazarına rekord müdaxilə - DOLLARA TƏLƏB ARTIB...

Baxış: 307

Qırğızıstan Milli Bankı milli valyutanın məzənnəsini sabitləşdirmək üçün bazara 55,4 milyon dollar satıb 
Qırğızıstan Milli Bankı respublikanın valyuta bazarına müdaxilə edərək, 55,4 milyon dollar satıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə ölkənin maliyyə tənzimləyicisinin çərşənbə axşamı dərc etdiyi məlumatda deyilir.
"Bazarda 55,4 milyon dollara satılıb", - məlumatda bildirilir.
Bu, Milli Bankın cari ildə respublikanın valyuta bazarına ən böyük müdaxiləsidir. Əvvəlki rekord oktyabrın 28-də 50 milyon dollara satılaraq qeydə alınıb.
Ölkədə dollara tələbin kəskin artması və qırğız somunun məzənnəsinin aşağı düşməsi halında Qırğızıstan Milli Bankı Amerika valyutasını ölkənin kommersiya banklarına satır və bununla da milli valyutanın məzənnəsini sabitləşdirir. Əks halda isə Milli Bank dolları alır. Görülən tədbirlər sayəsində bu ilin əvvəlindən somun dollara nisbətdə məzənnəsi kəskin dəyişməyib.
Rəsmi məlumatlara görə, bu il Qırğızıstan Milli BAnkı bazarda 454 milyon dollardan bir qədər çox vəsait satıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.