Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Unun bahalaşmasının qarşısının alınmasına 5,7 milyon manat xərclənib

Baxış: 244

Cari ilin 9 ayında dövlət büdcəsinin Ehtiyat Fondundan ölkədə un və un məhsullarının qiymətinin artmasının qarşısının alınması üçün ayrılan vəsait məlum olub.

Bu, “2021-ci ilin ilk doqquz ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair arayış”da əksini tapıb.
Layihəyə əsasən, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı un istehsalçılarına subsidiyaların verilməsinə 5,7 milyon manat vəsait xərclənib.
Qeyd edək ki, dövlət büdcəsinin Ehtiyat Fondundan 111,6 milyon manat vəsaitin ayrılmasına dair imzalanmış sərəncamlar üzrə 72,4 milyon manat məbləğində maliyyələşdirmə həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.