Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türk lirəsi pisləşən inflyasiya ilə yenidən dəyərdən düşür

Baxış: 378

Ölkdə qiymətlər orta hesabla 20%-ə yaxın artıb. 
Bu gün Türk lirəsi ABŞ dolları qarşısında təxminən 1,5% ucuzlaşaraq ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
Sahibkartv.az xəbər verir ki, Dollar/TL məzənnəsi yenidən 9,7726 səviyyəsini görüb.

Türkiyə Statistika Təşkilatı (TÜİK) Oktyabr ayına dair istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb. Belə ki, ölkdə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin ilin eyni dövrü ilə müqayisədə 19,89% artıb.
Aylıq müqayisədə artım 2,39% olub.
Oktyabrda istehsalçı inflyasiyası isə illik 46,31% artıb. Beləliklə illik istehsalçı inflyasiyasında 2002-ci ilin İyun ayından bu yana ən yüksək səviyyə qeydə alınıb. Rəqəmlər istehlakçı və istehsalçı inflyasiyası arasındakı "qayçının" da rekord səviyyəyə yüksəldiyini göstərir.
Oktyabr ayında ötən lin eyni ayı ilə müqayisədə artımın ən yüksək olduğu qrup 27,41% qiymət artımı ilə qida və spirtsiz içkilər olub.
Bu qrupun ardınca 25,23% qiymət artımı ilə restoran və otellər, 23,03% ilə ev əşyaları gəlir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.