Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı Azərbaycanda aparılan islahatları dəstəkləyir - FOTO

Baxış: 207

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.
İqtisadiyyat Nazirliyindən Sahibkartv.az-a verilən məlumata əsasən, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də, postpandemiya dövründə iqtisadiyyatın canlanması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.
Görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanları və yeni layihələr müzakirə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.