
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.
Sahibkartv.az-ın xəbərinə görə, bu, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 180 milyon 376 min manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 22 milyon 606 min manat və yaxud 14,3 % çoxdur.
Xatırladaq ki, bu il fondun gəlirləri və xərclərinin 157 milyon 769 min manat olması proqnozlaşdırılıb.





































