Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni dövlət standartı təsdiq edilib - FOTO

Baxış: 402

Toxum və əkin materialları sahəsində beynəlxalq standartlara uyğun tənzimlənməni təmin etmək məqsədilə AZS 130-2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları” dövlət standartı təsdiqlənib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sahibkartv.az-a verilən məlumata əsasən, standart “Toxum və əkin materialları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlər Dövlət Fonduna daxil edilib.
Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 130-2005 “Kənd təsərrüfatı bitkiləri toxumları. Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları” dövlət standartı qüvvədən düşüb.
Kənd təsərrüfatı bitkilərinin (pambıq, dərman bitkiləri, gül bitkiləri və efir yağlı bitkilər istisna olmaqla) toxumlarına şamil olunan yeni standart səpin keyfiyyətini təyin etmək üçün qəbul qaydalarını və nümunə götürmə metodlarını müəyyən edir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.