Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağdam Sənaye Parkı üzrə 100 milyon manatlıq müraciətlər!

Baxış: 263

Ağdam Sənaye Parkı üzrə daxil olmuş investisiya layihələrinin dəyəri 100 milyon manatı ötüb. 
Ağdam Sənaye Parkının təşkili, infrastrukturun yaradılması və investorların bura cəlb olunması istiqamətində aktiv işlər aparılır.
Bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək investorlar tərəfindən çox sayda müraciətlər daxil olub: "Müraciətlərin ümumi investisiya dəyəri 100 milyon manatdan çoxdur. Hazırda bu investisiya layihələri dəyərləndirilir və yaxın zamanlar həmin layihələrin icrası ilə bağlı işlərə başlanacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.