Day, Month 00, Year
00: 00: 00 AM
Mikayıl Cabbarov: “Bir sıra iqtisadi infrastruktur layihələrin həyata keçirilməsinə start verildi” - FOTO


“44 günlük Vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, Qafqazda sülhün yaranmasına şərait yaratdı”.
Sahibkartv.az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, hazırda Qarabağda bərpa-quruculuq işləri aparılır:
“Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə şahidlik etdik, bir sıra iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsinə start verildi. Azərbaycan hökuməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində bir sıra işlər həyata keçirir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın siyasi-iqtisadi gücünün göstəricisi deyil, həm də regionda davamlı sülhün əsası olacaq”.
Nazir qeyd edib ki, Qarabağın bərpa olunması böyük iqtisadi əhəmiyyət kəsb edir:
“Burada regional inteqrasiya imkanları mövcuddur. Qarabağda quruculuq, bərpa işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq. Ölkəmiz bura böyük sərmayələr yatırır, bir sıra dövlətlərdən olan şirkətlərin fəaliyyəti həyata keçirilir. Bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarını aramızda görmək istərdik. İnanırıq ki, bu sahədə əməkdaşlığımız qarşılıqlı faydalı olacaq”.


Tarix: 27-10-2021, 09:53 Oxunub: 92


Bölməyə aid digər xəbərlər