21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
2021-ci ilin sentyabr ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi məlum olub.
Sahibkartv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
Belə ki, 2021-ci ilin sentyabr ayında banklar tərəfindən 120 596 100 ABŞ dollarının alışı, 95 398 900 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 1,8 faiz, satışı isə 1,8 dəfə az olub.
Bu dövr ərzində 665 600 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 1 702 200 funt sterlinq həcmində satış baş tutub. Bu valyuta vahidi üzrə alış ötən ilə nisbətən 74,8 faiz, satış isə 29,8 faiz çox olub.
Sentyabr ayında banklar tərəfindən 6 788 900 avro həcmində alış baş tutub. Dövr ərzində 12 099 300 dəyərdə avro satışı təmin edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 37,1 faiz artıb, cari valyuta üzrə satış həcmi də 2,3 dəfə azalıb.
Ötən ay ərzində 1 842 645 400 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 222 636 900 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 38,1 faiz, satışı isə 17,1 faiz çox olub.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında funt sterlinqin, avronun, Rusiya rublunun banklar tərəfindən alış həcmləri, yəni vətəndaşlar tərəfindən satışı artıb. İllik müqayisədə dolların əhali tərəfindən banklara satışı isə azalıb.
Həmçinin ötən ilin eyni dövrünə nəzərən dolların və avronun banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri azalıb. Digər iki valyutanın (rubl və funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə artıb.
Bölməyə aid digər xəbərlər