13:09 / 09-11-2024
10:09 / 09-11-2024
10:03 / 09-11-2024
09:56 / 09-11-2024
09:45 / 09-11-2024
09:40 / 09-11-2024
09:32 / 09-11-2024
18:13 / 08-11-2024
13:11 / 08-11-2024
13:00 / 08-11-2024
10:00 / 08-11-2024
09:30 / 08-11-2024
09:15 / 08-11-2024
09:09 / 08-11-2024
09:00 / 08-11-2024
21:39 / 07-11-2024
21:00 / 07-11-2024
20:42 / 07-11-2024
20:17 / 07-11-2024
19:43 / 07-11-2024
19:00 / 07-11-2024
18:45 / 07-11-2024
18:00 / 07-11-2024
17:44 / 07-11-2024
17:16 / 07-11-2024
16:42 / 07-11-2024
16:00 / 07-11-2024
15:30 / 07-11-2024
14:22 / 07-11-2024
14:22 / 07-11-2024
14:10 / 07-11-2024
Abşeron Təcrübə Stansiyasında Azərbaycan gübrə istehsalçısı olan “AZCHEMCO” şirkətinin NPK gübrələrinin təcrübə-sınaq işləri uğurla davam etdirilir.
Bu barədə Sahibkartv.az-a Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BM TBETİ) Abşeron Təcrübə Stansiyasının direktoru, dosent Cəbrayıl Ağayev məlumat verib.
O bildirib ki, “AZCHEMCO” şirkətinin istehsal etdiyi və aşağıdakı siyahıda qeyd edilən beş yeni mineral gübrənin fiziki-mexaniki, orqanoleptik xüsusiyyətləri, suda həllolma qabiliyyəti Abşeron Təcrübə Stansiyasında ətraflı öyrənilib:
- AZCHEMCO DIAMOND NPK 20-20-20-TE
- AZCHEMCO DIAMOND NPK 18-18-18+TE
- AZCHEMCO DIAMOND NPK 15-30-15+TE
- AZCHEMCO DIAMOND NPK 11-33-11+TE
- AZCHEMCO DIAMOND NPK 16-8-24+TE
C.Ağayevin sözlərinə görə, gübrələrin müxtəlif tətbiq dozaları (8 gram/litr, 16 qr/litr və 32 qram/litr) suvarma suyun pH göstəricisi 6, 6,5 və 7 səviyyələrdə olan test nümunələrində tam, çöküntüsüz qarışır, həmcins və şəffaf məhlul alınır:
“Bu göstərici gübrələrin tərkibdə olan makro, texniki və mikroelementlərin yüksək texnoloji proseslə ideal qarışığının olmasını sübut edən fiziki göstəricidir. Fermerlərin və digər istehlakçıların istifadəsinə təqdim edilən yüksək keyfiyyət göstəricilərinə malik gübrələrin istifadəsi çox asan olmaqla texniki qurğuların və suvarma sistemlərinin ömrünü və istismar dövrünü uzadır, bitkilərə verilməsi nəzərdə tutulmuş həcmdə qida elementlərinin çatdırılmasını təmin edir.
Elmi araşdırmalarla sübut edilib ki, “AZCHEMCO” şirkətinin istehsal etdiyi gübrələr açıq və örtülü sahələrdə əminliklə istifadə oluna bilər. Keçirilmiş ilkin araşdırmalar gübrələrin bütün damlama suvarma sistemlərində, hətta torpaqaltı suvarma sistemlərində və nanotexnoloji yemləmədə istifadəsini mümkün edir. Qeyd edilən xüsusiyyətlər istehsal edilmiş gübrələrin digər analoji vasitələrdən üstünlüyunu göstərir.
Elmi tədqiqatlar sübut edir ki, təqdim edilən suda həll olan mineral toz gübrələr müasir və yüksək texnologiyaların tətbiqi ilə yaradılan örtülü və açıq sahələrdə bitkilərin xəstəlik və zərərvericilərə qarşı davamlılığının yüksəldilməsində, qida elementləri ilə bitkilərin tez bir zamanda təmin edilməsi və kökdənkənar yemləmədə uğurla və heç bir maneə olmadan tətbiq edilə bilər”.
Dosent qeyd edib ki, bu xüsusiyyətlər təqdim edilən gübrələr üçün daha genişmiqyaslı perspektivlər açır:
“Belə ki, “AZCHEMCO” şirkətinin istehsal etdiyi gübrələri əldə edən fermerlərin başqa digər gübrə və yemləmə vasitələrini almasına ehtiyac qalmır, yüksək aqrofonda becərdikləri bitkiləri həm kökdən, həm də yarpaqdan yemləmə ilə optimal bəslənməsi təmin edilir və yüksək keyfiyyətli, beynəlxalq standartların tələblərinə cavab verən məhsul əldə etmiş olurlar.
“AZCHEMCO” şirkəti növbəti mərhələlərdə müasir tələblərə cavab verən, bitki sağlamlığını təmin etməklə, insanların sağlam qidalanması və ekosistemin qorunması istiqamətində ölkəmizdə və yaxın xarici dövlətlərdə öncül olacağı labüddür. “AZCHEMCO” şirkətinə bu yolda uğurlar arzulayır, aqrokimya elminin inkişafına təkan verəcəyinə inanırıq”.
Bölməyə aid digər xəbərlər