Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AQTA: Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub

Baxış: 309

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Bu, AQTA-nın yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin 9 ayı ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 40326,7 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 121 % artım deməkdir.
Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 19 % (6641,95 ton), kartof məhsulu üzrə 23 % (15795,76 ton), xiyar və kornişon məhsulu üzrə 95 % (1994,75 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (14687,37 ton), qarpız məhsulu üzrə 145 % (4105,49 ton), təzə üzüm məhsulu üzrə 105 % (3140,63 ton), gavalı və göyəm məhsulu üzrə 33 % (1407,69 ton), çiyələk məhsulu üzrə 120 % (2609,67 ton), armud məhsulu üzrə isə 185 % (2984,27 ton) artıb. Həmçinin müvafiq dövr ərzində Rusiyaya 114545,47 ton pomidor, 5604,12 ton fındıq, 6181,42 ton soğan, 19294,44 ton təzə albalı və gilas, 1591,84 ton yerkökü və şalğam, 3720,3 ton nar, 963,2 ton isə tütün xammalı məhsulu ixrac olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.