Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda geyimə tələbat kəskin artıb

Baxış: 351

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların idxalını artırıb.
Sahibkartv.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ilin doqquz ayında geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 2,2 faizini təşkil edib.
2021-ci ildə ölkəmiz xaricdən 185 471 680 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37 445 820 dollar və ya 25,3 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin ilk doqquz ayı ərzində 148 025 860 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.