21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
2021-ci ilin doqquz ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində nəzərəçarpacaq artım müşahidə edilib.
Bakı Limanından Sahibkartv.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə limanda 3 milyon 564 min tondan çox yük aşırılmışdısa, 2021-ci ilin eyni dövründə bu rəqəm 4 milyon 298 min tondan çox olub. Bu isə 21 % artımdan xəbər verir. Bu ilin üç rübündə tranzit yüklərin payı isə ümumi yükaşırmanın 93 %-ni təşkil edib.
Bakı Limanında ayrı-ayrı sahələr üzrə göstərilən xidmətlər görə isə sözügedən dövrdə ən çox artım məhz quru yük aşırmalarında qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında limanda aşırılan quru yükün həcmi 856 min tondan çox olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 69 %-lik artım deməkdir.
Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib. Bundan başqa müvafiq dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb. Bu ilin üç rübü ərzində aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30 774 olub.
Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Belə ki, 2021-ci ilin doqquz ayında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfəyə yaxın artaraq 1 milyon tondan çox olub.
Hesabat dövründə Bakı Limanı vasitəsi ilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb. Belə ki, qeyd edilən dövründə aşırılan vaqon sayı 22 201 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 28 491 ədəd olub.
Bölməyə aid digər xəbərlər