
"Kapital Bank" ASC 2021-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, cəmi aktivləri 6 milyard manata yaxınlaşmış Kapital Bank qiymətli kağızlara investisiyalarını artırıb. Bankın "Ticarət və investisiya qiymətli kağızları" portfeli 1 milyar manatı ötüb.
Belə ki, 2020-ci ilin Sentyabr ayının sonunda Bankın qiymətli kağızlara investisiyaları 635 milyon 556 min manat ikən, 30 Sentyabr 2021-ci il tarixində 1 milyard 29 milyon 267 min manata çatıb (393 milyon 711 min manat və ya 62% artım).
Banklar daha çox dövlət istiqrazlarına investisiya yatırırlar.
Qeyd edək ki, ABB və PAŞA Bankda da qiymətli kağızlara investisiyalar 1 milyard manatdan çoxdur.





































